“Mənə Azərbaycan və Baltikyanı ölkələrə getməyi məsləhət görürdülər. Düşünürəm ki, bu ölkələrə getməklə düzgün addım atdm. Bəziləri oturub Moskva klublarından təklif gözləyirdi. Bir də ayılır ki, yaşı 50-yə çatıb”.
Bu sözləri “Simurq”un sabiq çalışdırıcısı Sergey Yuran Rusiya mətbuatına müsahibəsinə deyib.
Baş məşqçi “Simurq”da qazandığı məbləği də açıqlayıb: “Mənim getdiyim klublarda dəlisov pullar istəməyimlə bağlı xəbərlər yayılıb. Bunlar tamamilə yanlışdır. Azərbaycanda ən güclü komandaların – “Neftçi”, “Bakı” və “İnter”in büdcəsi 8 milyon, “Simurq”un isə 1 milyon dollar idi. Ən yaxşı futbolçumuz ayda 7 min dollar qazanırdı. Özümə gəldikdə isə “Simurq”da min dollar maaş alırdım. Latviyada 3 min, Estoniyada isə 4,5 min qazanırdım.
Xatırladaq ki, Yuran 2011/2012 mövsümündə “Simurq” klubunu çalışdırıb.