Ölkə futbolu

Hansı məhşur çalışdırıcı Azərbaycanda min dollara işləyib?

“Mənə Azərbaycan və Baltikyanı ölkələrə getməyi məsləhət görürdülər. Düşünürəm ki, bu ölkələrə getməklə düzgün addım atdm. Bəziləri oturub Moskva klublarından təklif gözləyirdi. Bir də ayılır ki, yaşı 50-yə çatıb”.

Bu sözləri “Simurq”un sabiq çalışdırıcısı Sergey Yuran Rusiya mətbuatına müsahibəsinə deyib.

Baş məşqçi “Simurq”da qazandığı məbləği də açıqlayıb: “Mənim getdiyim klublarda dəlisov pullar istəməyimlə bağlı xəbərlər yayılıb. Bunlar tamamilə yanlışdır. Azərbaycanda ən güclü komandaların – “Neftçi”, “Bakı” və “İnter”in büdcəsi 8 milyon, “Simurq”un isə 1 milyon dollar idi. Ən yaxşı futbolçumuz ayda 7 min dollar qazanırdı. Özümə gəldikdə isə “Simurq”da min dollar maaş alırdım. Latviyada 3 min, Estoniyada isə 4,5 min qazanırdım.

Xatırladaq ki, Yuran 2011/2012 mövsümündə “Simurq” klubunu çalışdırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43