“Turan Tovuz”la oyunlarda yaxşı təsir bağışlayırıq. Ancaq əliizə düşən qol imkanlarından yararlana bilmədiyimiz üçün sonda istədiyimiz nəticəni qazana bilmirik. Kubokun cavab matçında da istədiyimiz kimi oyuna başlaya bilmədik. Ard-arda qapımıza qollar gördük. Lakin fasiləyə qədər toparlana bildik və hesabı bərabərləşdirdik. Matçı qalib də bitirə bilərdik. Ancaq yuz faizlik penaltimiz verilmədi”.
Bu sözləri İdmanxeber.az-a açıqlamasında “Kəpəz”in futbolçusu Nicat Süleymanov “Turan Tovuz”la Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab matçını şərh edərkən deyib.
Gəncə klubunun yarımmüdafiəçisi penalti epizodu haqda danışıb:
“Həmin epizod yüz faizlik penalti idi. Bizim haqqımız “yeyildi”.
Süleymanov Premyer Liqanın 18-ci turunda qarşılaşacaqları “Zirə” ilə matça da toxunub:
“İlin son oyunudu. Çalışacağıq ki, 3 xal qazanaq. Həm komandanın turnir cədvəlindəki vəziyyətini yaxşılaşdırmaq üçün, həm də ili başa vurmaq üçün”.