Dünya futbolu

Harri Keyn daha 6 il “Tottenhem”də

İngiltərənin “Tottenhem” klubu futbolçusu Harri Keyn ilə müqaviləni yeniləyib.

İdmanxeber.com-un məlumatına görə, 23 yaşlı hücumçunun müqaviləsi 2022-ci ilin yayına qədər artırılıb. Onun sözləşməsi 2020-ci ilə qədər idi.

Qeyd edək ki, cari mövsüm Premyer Liqada 8 oyuna çıxan futbolçu 5 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43