Dünya futbolu

“Harri Keyn gördüyüm ən yaxşı hücumçulardan biridir” – Pep Qvardiola

Pep Qvardiola Erlinq Haland və Harri Keyn haqqında danışıb.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis iki oyunçunun davamlı müqayisə olunmasına münasibət bildirib. O, Keyn və Haland barədə xoş sözlər deyib:

“Erlinqin performansından çox razıyam. “Tottenhem” də Keyndən razıdır. O, yaxşı futbolçudur, komandasına çox şeylər verib. Bunlar yalnız hədəflə bağlı məsələ deyil, bacarıq da lazımdır. “Tottenhem” kubok qazana bilməyəndə Harri pis oyunçu olmur. Belə çıxır ki, məşqçilər də titul qazanmasalar pis olurlar? Keyn həyatımda gördüyüm ən yaxşı hücumçulardan biridir. Tottenhem” Keynə, biz də Halanda sahib olduğumuz üçün xoşbəxt olmalıyıq”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43