Kateqoriyasız

“Hatayspor”un futbolçu şok keçirdi, küçədən tapıldı

Türkiyənin “Hatayspor” klubunun futbolçusu Burak Öksüz şok keçirib.

İdmanxeber.az-ın məlumatına görə, Hatayda baş vermiş güclü zəlzələnin ardından futbolçu anası ilə birgə çökən binadan çıxa bilib. Bunun ardından Burak şok keçirib. Belə ki, onun ayaqyalın bir şəkildə yağışlı havada küçələrdə gəzdiyi görülüb.

Daha sonra tibbi personalın köməyi ilə oyunçu özünə gəlib. Burak komanda yoldaşı Kristian Atsu ilə eyni binada yaşarmış.

Xatırladaq ki, “Hatayspor”lu Kristian Atsunun hələ də dağıntılar altında qaldığı bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43