“Qalatasaray” İsveçrənin “Qrashopper” klubunun üzvü İzzət Hayroviçin keçidini rəsmiləşdirib.
22 yaşlı yarımmüdafiəçi ilə 4.5 illik müqavilə imzalanıb.
Bonsiyalı futbolçuya görə “Cim-Bom” İsveçrə klubuna 3.5 milyon avro ödəyəcək. Futbolçu isə hər mövsümə 1,1 milyon avro və hər oyun üçün 10 min avro qazanacaq.
2013-2014 mövsümünün qalan hissəsi üçün isə futbolçuya 550 min avro və hər oyun üçün 10 min avro ödəniləcək.