“Çelsi”nin və Belçika millisinin sabiq vingeri Eden Hazard londonluların hazırkı durumu ilə bağlı fikirlərini bölüşüb.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli futbolçu “Zadəganlar”ın yeni formalaşmaqda olan komanda olduğunu bildirib:
“Son iki ildə komandada böyük dəyişikliklər oldu. Yalnız oyunçular deyil, rəhbərlik də yenidir. Azarkeşlər olaraq biz sadəcə onlara dəstək verməli və izləməliyik”.
Belçikalı 2012-2019-cu illərdə “Çelsi”də çıxış edib. Bu müddət ərzində o, bütün yarışlarda 352 oyun keçirib, 110 qol vurub və 92 məhsuldar ötürmə edib.