“Yaxşı oyun oldu. Hər ikisi hissədə mübarizə gördük. İlk hissə bizim üstünlüyümüz şəraitində keçdi. Əfsuslar olsun ki, penaltidən yararlana bilmədik. Amma bu cür rəqibə qarşı matçda bir xal qazanmaq da yaxşıdır. Onlar ikinci yerdə gedir, möhkəm komandadır. Belə rəqiblə görüşdə bu cür oyun nümayiş etdirdiyinə görə komandama alqış düşür. Üzülürük ki, qalib gələ bilmədik. Futbolçularıma təşəkkür edirəm. Qələbələr bizi gözləyir. Belə mübarizə ilə qalibiyyət şansları daha çox olur. Hər iki komandaya bir xal düşməsi, ədalətli idi”.
İdmanxeber.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov Misli Premyer Liqasının 21-ci turunun “Araz-Naxçıvan”la oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını cavablandırıb.
– Oyuna yaxşı başladız, rəqibi yaxşı sıxırdınız. Sonra nə baş verdi?
– Birinci hissədə rəqibə şans vermədik. İkinci hissədə isə.. “Araz-Naxçıvan” elə-belə yerə ikinci pillədə getmir. Əvəzetmələri, digər oyunçuların meydana çıxması öz sözünü deyir. Biz də elə-belə komanda deyilik. Bunu dəfələrlə sübut etmişik. Hazırda altıncı pillədəyik, amma hər şey dəyişə bilər. Belə futbolla öz xallarımızı toplayıb, istədiyimiz nəticəni əldə edəcəyik.