Dünya futbolu

“Hazırda biz dünyanın ən yaxşı komandası deyilik” – Pep Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə çempionatının 16-cı turunun “Luton”la oyunu öncəsi komandasının hazırkı səviyyəsini dəyərləndirib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis hazırda komandasının durumunun yaxşı olmadığını bildirib:

“Hazırda biz dünyanın ən yaxşı komandası deyilik, çünki nəticə əldə etmirik. Biz Avropanın ən yaxşısı idik. Amma sonda o qədər də vacib deyil. Əsas odur ki, iki həftə əvvəl olduğu kimi öz səviyyəmizdə oynayaq. Yalnız “Aston Villa” ilə matçda rəqib bizdən yaxşı oynadı Biz öz səviyyəmizə qayıtmalıyıq. Yaxşı nəticələr bizə kömək edəcək”.

“Luton” – “Mançester Siti” matçı bazar günü, dekabrın 10-da keçiriləcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43