Transfer çalışmalarını davam etdirən “Kəpəz”in Redon Mihana transferi baş tutmayıb.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Gəncə klubunun bütün məsələlərdə anlaşdığı Albaniya millisinin sabiq futbolçusu son anda Azərbaycana gəlməkdən imtina edib. Həm futbolçunun, həm də onun müqavilə ilə məxsus olduğu “KF Erzeni” klubu ilə razılıq əldə olunsa da, son anda transfer baş tutmayıb.
“Kəpəz”in baş məşqçisi Adil Şükürov hazırda başqa vingerləri nəzərdən keçirir.
Qeyd edək ki, “Kəpəz” Lassana Diara və Kərim L’Kouça transferlərində müsbət sonluq əldə edə bilib.