25 Oktyabr 2024
Dünya futbolu

“Heç-heçədən razı deyiləm” – Karlo Ançelotti

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya çempionatının 1-ci turunun matçında qeydə alınan “Malyorka” heç-heçəsini (1:1) şərh edib.

İdmanxeber.az-ın məlumatına görə, italiyalı mütəxəssis oyun barədə bunları deyib:

“Mən heç-heçədən razı deyiləm, çünki daha yaxşı oynaya bilərdik. Biraz da aqressivlik göstərməli idik. Amma bəhanə gətirmək istəmirəm. Bu, tarazlığın olmaması səbəbindən itirə biləcəyimiz bir matçdır”.

Növbəti turda “Real” doğma meydanda “Valyadolid”lə qarşılaşacaq. Görüş avqustun 25-də baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43