Kateqoriyasız

Heç kim “Neftçi”yə gəlmək istəmir

“Neftçi” danışıqlar apardığı Fransa II liqa təmsilçisi “Şatoru”nun hücumçusu Şeyk Diarranı razı sala bilməyib.

İdmanxeber.az-ın məlumatına görə, “ağ-qaralar” hücumdakı problemi Diarra transferi ilə həll etmək niyyətində olsa da, 22 yaşlı forvard paytaxt klubuna “yox” deyib.

Qeyd edək ki, bundan öncə “Neftçi” Ukraynanın “Karpatı” klubunun forvardı Matar Dieye ilə danışıqlar aparsa da, müsbət sonluq əldə olunmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43