“Bir həftədir bu oyuna hazırlaşırıq. Qarşılaşamanın mahiyyətini bilirik. Çalışacağıq ki, qələbə qazanaq”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Dani Kintana “Tottenhem”lə keçiriləcək görüş haqda danışarkən deyib.
İspaniyalı yarımmüdafiəçi bu gün keçirilən mətbuat konfransında bildirib ki, rəqibin adı onları qorxutmur: “Qrupdan çıxmaq üçün hələ də şansımız qaldığını bilirik. Rəqibin gücünə də bələdik. Amma biz heç kimdən çəkinmirik”