Kateqoriyasız

“Həccə gedərəm, hacı olaram, hacı olaram ay yarım”

Haqqa girmək çox böyük günahdır. Kiminsə haqqını yemək və ya bu haqqı məzələnə-məzələnə lazımı şəxsə çatdırmaq da günahdı. Anladım, yeni bir söhbət eləmədim… Ancaq bu haqq məsələsi bizim hər saat, hər dəqiqə ağlımızda olmalıdı ki, müvəqqəti yaşadığımız həyatda kiminsə haqqına girməklə günah iş görməyək. Lakin bu haqq məsələsi olardı bir neçə saat yadımdan çıxmışdı. Di gəl ki, Nazim Süleymanovun verdiyi açıqlama mənə yenidən xatırlatdı…

Süleymanov "Neftçi"nin ona çatmalı olan pullarını vermədiyini bildirdi. Hətta "premya"lar belə verilməyibmiş. Çox keçmədi klubdan saytımıza məsələylə bağlı son nöqtə fason bir şey qoymağa cəhd etdiər. Etdilər ki, bəs pul ödənilib. Gözəl, sevindim, nə mən əziyyət çəkib nəisə yazacağdım, nə də onlara təzyiqlər olacaqdı. Ancaq söhbətin fuflo çıxdığını eşitdiyim də bir iki qeyd aparmalı olduğumu özümə borc bildim.

Klubun prezidenti Sadıq Sadıqov hacı adamdı. İslamı sevir, Allahın vacib buyurduğu əməllərə riayət edir. Bəs niyə bizim hacı başqanımız Süleymanovun "premya"sını vermir. Axı mətbuatda bu gün "Neftçi"də hər kəsin maaşının, hətta "premya"sının verildiyi yazıldı. Nə olsun ki, iki ay işləmişdi? Nə olsun ki, artıq o, "Neftçi"də yoxdu. Burada verilən vəd və ən əsası haqq məsələsi var. Bunları taptalamaq hacıya yaraşmaz, olmaz.

Misal üçün mən hacı tanıyıram ki, Həccə gedir burada tapdaladığı haqqları, yediyi haramları, etdiyi günahları "yumağa". "Yuyur", yenidən qayıdır, biraz babat imkan toplayır və onun bir hissəsini yenidən düşür ərəb küçələrinə…

İnanmıram Sadıq Sadıqov belə ola. Ən azından qiyabi də olsa tanıyıram "Neftçi" başqanını. Ancaq yenə də Süleymanov məsələsi yadıma düşəndə özümdən başqa kimsəyə inanmağım gəlmir. Gəlmir ki, bunu verməyəcəkdinsə niyə boyun alırsan. Yox, verəcəksənsə niyə uzadırsan… 

Açığı "Neftçi"də bu məzələnmək teması çoxdan var. Misal üçün Nikolas Kanales transferində çilili ölkəsinə gedəndə onun transfer vərəqəsini "ağ-qaralar" yubatdı. Bu dəqiq məlumatdır və hətta Kanales buna görə, azı 2 tur meydana çıxa bilmədi. Bu məsələdən Sadıqovun heç xəbəri də olmadı (bəlkə də). Nə olsun ki, o müsəlman deyil? Haqqına girmək olmaz axı. Olmaz, ən azından ona görə ki, o, "Neftçi"də sizin istədiyinizdən də artıq çıxış etdi, kuboklar qazanmağınızda yardımcı oldu. Sizin də "hədiyyəniz" bu oldu?

İndi də buna bənzər aqibəti Süleymanova yaşadırsız. Edirsiz ki, ən pis gününüzdə gəldi "Neftçi"yə. Gəldi, alınmadı və kişi kimi də getdi. Kişiliyinin dəyəri haqqına girməkləmi ödənilir? 

Ümumiyyətlə bu yazı bir kənara, haci teması günümüzün ən aktual mövzularındandı. Hərçənd dinlə maraqlanmayanlar üçün hacı mövzusu daha məqsədəuyğundu. Allahın hikmətindənmi, taleyin ironiyasındanmıdı nədir bilmirəm… Amma onlar üçün "həci"lərdən ağızdolusu yazmaq dəb halını alıb. Nədən, bilirsizmi? Çünki haqqa girən, haqqı yeyən, haqqı taptalayan hacılar çoxdu. 

İnanıram ki, Sadıqov bunlardan deyil. Ən azından futbolun içində olan kəsdi və az-çox tanıyırıq.

P.S. Həcc İslam dinin sütunlarından biri, birincisidi…

Sonda bu yazını oxuyub, yorulanlara bir hacı mahnısı ərməğan edirəm. 

Həccə gedərəm, hacı olaram, hacı olaram ay yarım.

Ona-buna çox pul ataram, verməyərəm ay Hacı.

Kimə gəlirsən ay hacı, kimə gəlirsəəən?

Nədən yeyirsən ay hacı, nədən vermirsəəən?

Davamını Zöhrə xanımdan eşidin…

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43