İdman

“Hələ yolun başındayam” – Legioner hücumçumuz

“Heç vaxt qarşıma bu qədər qol vuracam deyə məqsəd qoymamışam. Əsas məsələ komandamın uğur qazanmasıdı. Məşqlərdə səylə çalışıb, oyunlarda əlimdən gələnini edirəm. Şükürlər olsun ki, qolllarımı da vururam”.

Bu sözləri İdmanxeber.com-a açıqlamasında hazırda karyerasını Türkiyə aşağı liqasının “Malatya Yeşilyurt Belediyyespor” klubunda davam etdirən azərbaycanlı futbolçu Röyal Nəcəfov deyib. 

Azərbaycan I divizionunda bomabrdir olaraq daha sonra AZAL-a transfer olunan futbolçu Şüvəlan klubun dağılmasının ardından Türkiyəyə üz tutdu. Hazırda Malatya təmsilçisinin heyətində 6 dəfə qol sevinci yaşayan hücumçumuzun xidmətində maraqlı olan klublar da var:

“Açığı burda sərgilədiyim performansla diqqət mərkəzin düşməkdəyəm.Hər gün bir menecer və ya məşqçi mənəz zəng edir, “facebook”da yazır. İşimin bhresini görmək və səni birilərinin istəməsi xoşdu. Amma hələ yolun başındayam. Daha çox öz üzərimdə işləməli, komandama daha çox xeyir verməliyəm. Transfer məslələri “transfer pəncərəsi”ndə danışılır. O vaxta da hələ var”.

Nəcəfovmilli komandadan da təklif gözlədiyini gizlətməyib:

“Hər bir futbolçunun bir nömrəli arzusu ölkəsinin millisində çıxış etməkdi. Əgər mənə də təklif gələrsə can-başla oynayaram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43