Kateqoriyasız

Həmyerlilərimizin çıxış etdiyi klubun vitse-prezidenti güllələndi

"Dənizlispor"un vitse-prezidenti Mustafa Üstek güllələnib.

Həmyerlilərimiz Arif İsayevlə Saşa Yunisoğlunun formasını geyindiyi klubun rəsmisi ofisində naməlum şəxslər tərəfindən güllələnib. Xoşbəxtikdən atılan güllələr Ustekin ayağına tuş gəlib. Sözügedən şəxsi güllələyən adamlar artıq könüllü şəkildə polisə təslim olublar.

Hadisə ilə bağlı araşdırma aparılır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43