Türkiyə çempionatının I dəstəsində XVIII tura yekun vurulub.
İdmanxeber.com-un məlumatına görə, həmyerlimiz Rail Məlikovun da çıxış etdiyi “Dənizlispor” “Adana Dəmirspor”u qəbul edib. Matç qonaqların 4:3 hesablı qələbəsi ilə başa çatıb. Millimizin sabiq üzvü bu görüşdə 90 dəqiqə meydanda olub.