Dünya futbolu

Həmzəoğlunun Snayder açıqlaması problem olacaqmı?

“Sarı-qırmızılı” komandanın yeni baş məşqçisi Həmzə Həmzəoğlu DÇ-2014 ərəfəsində Snayder haqqında sərt açıqlama verməsi ilə yadda qalmışdı.

İdmanxeber.com-un məlumatına görə, Həmzəoğlu hollandiyalı futbolçu haqqında: “Onlar bizim futbolçulardan 3-4 qat artıq pul alırlar. Bəs görəsən aldıqları pula layiq oyun göstərirlərmi? Hollandiya yığmasında oynadığı kimi “Qalatasaray”da mübarizə aparırmı?” -deyə bildirmişdi.

Qeyd edək ki, “Qalatasaray” Prandellinin istefasından sonra Həmzə Həmzəoğlunu komandaya baş məşqçi gətirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43