“Milan”ın hücumçusu Mario Balotelli karyerasını “Liverpul”da davam etdirəcək. Bu haqda xəbəri “Mediaset” yayıb.
İtalyan futbolçunun meneceri Mino Rayola müqavilənin şəxsi detallarını “mersisaydlılar”la razılaşdırıb. Transfer “qırmızılar”a 20 milyon avroya başa gələcək. Balotellinin sazişi 5 il müddətinə nəzərdə tutulub. Onun illik məvacibi isə 6 milyon avro olacaq.