Premyer Liqanın XIII turu da beləcə geridə qaldı. XIII turda keçirilən beş oyunun dördündə qalib müəyyənləşmədi.
Turun qapanış matçında "Bakcell Arena" da keçirilən "Neftçi" – "Bakı" matçında meydan sahibləri qələbə qazanmaqla turun ilk qalib və məğlub komandasını müəyyənləşdirdi. Qeydə alınan nəticələr tura daha çox heç-heçələri ilə damğa vurdu.
Tur məhsuldarlığı ilə də diqqətdən qaçmadı. keçirilən 5 oyunda qapılara cəmi yeddi qol vuruldu ki, bu mövsümdə qeydə alınan ikinci ən aşağı göstəricidi. Sonuncu dəfə səkkizinci turda qapılara bundan da az, cəmi 2 qol vurulmuşdu. Əgər səkkizinci turda cəmi 3 heç-heçə olmuşdusa, bu dəfə 8 komanda xalı yarı bölməyə razı olub – 4 bərabərlik. Premyer Liqanın yeddinci turunda da 3 heç-heçə qeydə alınmışdı. Lakin bu dəfə qapılara nə az, nə çox düz 11 qol vurulmuşdu.
Turun daha bir diqqət çəkən məqamı səfərdə çıxış edən komandaların qələbə qazana bilməməsi oldu. Belə ki, 4 komanda səfərdən 1 xalla qayıtmağa razı oldu. Bundan öncəki (12-ci) turda da buna oxşar mənzərə var idi – 1 bərabərlik. Sadəcə budəfəkindən fərqli, 12-ci turda cəmi bir qonaq komanda məğlub olmamışdı – 1 heç-heçə. Belə ki, AZAL qonaq meydanından xal gətirən yeganə komanda adına yiyələndi.
Qısacası bu turda "Bakı"dan başqa bütün klublar xal qazandı. "Neftçi" 3 xal qazanan yeganə klub oldusa, digər 8 komanda 1 xalı aktivinə yazan tərəf oldular.
Səxavət