Ölkə futbolu

Heribert Brukhagen: “Düşünürəm ki, artıq “Ayntraxt” qrup mərhələsindədir”

“Qarabağ” üzərində qələbə qazandığımız üçün xoşbəxtəm”.

Bu sözləri Almaniyanın “Ayntraxt” klubunun prezidenti Heribert Brukhagen deyib.

Frankfurt təmsilçisinin rəhbəri Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la Bakıdakı oyunu haqda fikirlərini açıqlayıb. Brukhagen avqustun 29-da baş tutacaq oyunun formallıq olduğunu düşünür: “Düşünürəm ki, artıq “Ayntraxt” qrup mərhələsindədir. Gəlin, həqiqəti etiraf edək: cavab oyunu üçün heç bir təhlükə yoxdur”.

Qeyd edək ki, “Qarabağ” “Ayntraxt”la ev oyununda 0:2 hesabı ilə uduzub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43