08 Oktyabr 2024
Dünya futbolu

“Hesabda geri düşəndə “Mançester Siti” oyunu yadıma düşdü” – Ançelotti

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Real” səfərdə “Liverpul”la qarşılaşıb.

İdmanxeber.az-ın məlumatına görə, oyun Madird klubunun 5:2 hesablı qələbəsi ilə başa çatıb. Matçın ardından italiyalı mütəxəssis Karlo Ançelotti qələbəni belə şərh edib:

“Oyunun necə başladığını nəzərə alsaq, çətin bir matç olduğunu görərik. İnamımızı itirmədik, yavaş-yavaş topa nəzarət edib, hücumda təsirli olduq. Vinisius inanılmaz oyun nümayiş etdirdi. İlk matç yaxşı keçdi, ikinci görüşdə də mübarizə aparmalıyıq.

Hesabda 2:0 geriyə düşəndə “Mançester Siti” oyunu yadıma düşdü. Orada da geri dönüş edə bilmişdik. Həmin taktikadan istifadə etdim. Qol vurmağa, təhlükə yaratmağa başladıq, müdafiədə daha yaxşı oynadıq. Hələ heç nə bitməyib. Bizi “Liverpul”la çətin cavab oyunu gözləyir”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43