La Liqa klublarından olan "Levante"nin alman futbolçusu Kristian Lel, həyat yoldaşına zor tətbiq etdiyinə görə polis tərəfindən tutulub. "Levante" klubun bütün səylərinə baxmıyaraq Kristian Leli sərbəst buraxmıyan polis, məhkəmənin verəcəyi qərara qədər futbolçunu "dəmir barmaqlılar" arasında saxlamaq niyyətindədir.
Alman futbolçu Bundesliqada "Bavariya", "Köln" kimi klublardan oynadıqdan sonra keçən mövsüm "Levante"yə transfer olunmuşdu.