Kateqoriyasız

HİK – “Neftçi” matçı bu kanallarda canlı yayımda

UEFA Avropa Liqasında 3-cü mərhələsinin cavab oyunları çərçivəsində avqustun 12-də keçiriləcək HİK – “Neftçi” matçı canlı yayımlanacaq.

İdmanxeber.az-ın məlumatına görə, görüşü ölkəmizdə “İdman Azərbaycan”, Finlandiyada isə “Veikkaus TV” kanalları canlı olaraq azarkeşlərə nümayiş etdirəcək.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Tərəflər arasında Bakıda keçirilən matç 2:2 hesabı ilə başa çatmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43