21 Sentyabr 2024
Ölkə futbolu

Hikmet Karaman Şahruddinin səhvindən danışdı

“Fərdi səhvlərdən sonra vəziyyəti dəyişmək çətindir. İkinci hissəyə qapıçını əvəzləyərək başladıq. Bütün riskləri öz üzərimə götürdüm”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi “Adana Demirspor”un baş məşqçisi Hikmet Karaman “Alanyaspor” görüşü (3:3) barədə danışarkən deyib. İlk hissənin ardından etdiyi səhvə görə millimizin üzvünü əvəzləyən təctübəli mütəxəssis daha sonra belə davam edib:

“Şahruddin  iki qol buraxdı və təbii ki, ruhdan düşdü. Belə olur, o bizim futbolçumuzdur. Problem deyil. Vedat Karakuş penaltini dəf etdi. O, əsas heyət uğrunda rəqabətə hazır olduğunu göstərdi”.

“Adana Demirspor” ilk yarını 0:2 məğlub başa vursa da, görüş 3:3 hesabı ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43