30 Sentyabr 2023
Milli komanda

Höccat Haqverdi millinin düşərgəsini tərk etdi – BU SƏBƏBƏ GÖRƏ

“Neftçi”nin futbolçusu Höccat Haqverdi milli komandamızın düşərgəsini tərk edib.

İdmanxeber.az AFFA-ya istinadən xəbər verir ki, ötən il noyabrın 20-də beynəlxalq yoldaşlıq oyunu çərçivəsində Skopyedə, Anton Malatinski stadionunda keçirilmiş Şimali Makedoniya – Azərbaycan oyununda qırmızı vərəqə ilə cəzalandırılan Höccət Haqverdi İordaniya millisinə qarşı oyunda iştirak edə bilməyəcəyi üçün milli komandada qalmayıb. 

Xatırladaq ki, millimiz sentyabrın 12-də beynəlxalq yoldaşlıq oyunu çərçivəsində “Dalğa Arena”da İordaniya millisi ilə qarşılaşacaq. Qarşılaşma saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43