Hollandiya 2019-cu ildə ikinci Avropa Oyunlarına ev sahibliyi hüququndan imtina edib.
İdmanxeber.com-un məlumatına görə, “zambaqlar ölkəsi”nin hökuməti bildirib ki, 57,5 milyon avroluq xərc yerli, əyalət və milli hakimiyyət orqanları üçün həddindən artıq çoxdu.
Bu qərardan təəssüfləndiyini dilə gətirən Avropa Olimpiya Komitəsinin rəhbəri Patrik Hikki bildirib ki, digər 5 potensial ev sahibi ilə danışıqlar aparılacaq. Amma həmin 5 namizəd ölkənin hansılar olduğu hələlik məlum deyil.
İyunun 12-dən 28-dək Azərbaycanda ilk Avropa Oyunları keçiriləcək.