Beynəlxalq dərəcəli hakim-inspektor Murad Məmmədov yeni təyinat alıb. UEFA onu futzal üzrə Avropa çempionatının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək matça təyin edib.
Belə ki, Məmmədov sentyabrın 24-də, Almere şəhərində keçiriləcək Hollandiya – Bosniya və Hersoqovina oyununun hakim-inspektoru olacaq.