Antalyada təlim-məşq toplanışında olan Bakı “İnter”i daha bir transferini reallaşdırıb.
İdmanxeber.com-un məlumatına görə, “bankirlər” bir neçə gün öncə komandanın düşərgəsinə qoşulan Ruben Şakenin transferini rəsmiləşdirib.
Hollandiyanın “Feyenoord” klubundan transfer olunan yarımmüdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb.