Rasmus Hoylun Premyer Liqada ardıcıl 6 oyundur qol vurur.
İdmanxeber.az-ın məlumatına görə, “Mançester Yunayted”in forvardı bunu edən ən gənc oyunçu olub. Hoylun ötən ilin yayında “Atalanta”dan “qırmızı şeytanlar”a transfer olub.
Xatırladaq ki, danimarkalı forvard Premyer Liqada keçirtdiyi ilk 12 görüşdə fərqlənə bilməmişdi.