Bu gün Misli Premyer Liqasında ilk tura yekun vurulub.
İdmanxeber.az-ın məlumatına görə, son oyun günündə iki qarşılaşma keçirilib.
Günün ilk matçı Gəncədə baş tutub. “Kəpəz” tarixi derbidə “Neftçi”ni sınağa çəkib. Gəncə şəhər stadionunda oynanılan görüşdə bir qol qeydə alınıb.
Matçda yeganə qolu ev sahibi komandanın üzvü Mate Kvrkiya vurub. Gürcüstanlı oyunçu ilk hissədə penaltidən adını tabloya yazdırıb.
Tur Bakıda “Sabah” və “Qəbələ” komandaları arasında keçiriləcək oyunla tamamlanıb. Matç ev sahibi komandanın böyük hesablı qələbəsi ilə başa çatıb – 5:0.
Azərbaycan Premyer Liqası
I tur
6 avqust (bazar)
17:00. “Kəpəz” – “Neftçi” 1:0
Qol: Mate Kvirkviya, 44 (pen)
Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Vüsal Məmmədov, Nicat İsmayıllı
VAR: Kamal Umudlu
AVAR: Rəhman İmami
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Emin Cəfərov
Gəncə şəhər stadionu.
20:00. “Sabah” – “Qəbələ” 5:0
Qollar: Emmanuel Apeh, 21, Anatoli Nuriyev, 35, Aleksey İsayev, 45, Coy Lens Mikels, 57, Tellur Mütəllimov, 79
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Şirmamed Mamedov, Rauf Allahverdiyev
VAR: Rəşad Əhmədov
AVAR: Cavanşir Yusifov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bank Respublika Arena”.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Turan Tovuz” “Araz-Naxçıvan”ı 3:0, “Sumqayıt” “Səbail”i 4:1, “Zirə” isə “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edib.