"AZAL – "Xəzər Lənkəran" oyununda hakimlər briqadasının işinə Hakimlər Komitəsi qiymət verəcək. Ən əsas odur ki, AZAL-ın baş məşqçisi oyunsonrası mətbuat konfransında şəxsən özü qeyd edib ki, "Xəzər Lənkəran" layiqli qələbə qazandı. Ona görə də sonradan müxtəlif fikirlər söylənilməsi məncə normal deyil. "Xəzər Lənkəran" həqiqətən də layiqli qələbə qazandı".
Bu sözləri idmanxeber.com-a açıqlamasında "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.
Cənub klubunun rəsmisi daha sonra ikinci qolda oyundankənar vəziyyətinin olmadığını vuirğulayıb:
"Komandamızın ikinci qolunun qaydalara uyğun olmaması fikiri ilə razılaşmıram. Çünki, o qol künc zərbəsindən vurulub və zərbə anında da Mbilla Etame qapıçın önünü tam olaraq kəsmir.Bu mənada zərbədən sonra Mbillanın Cahangir Həsənzadənin qarşısında olmasını göstərən foto əsas sayıla bilməz. Maraqlı odur ki, ötən turda "Bakı"nı məğlub etdikdən sonra rəqib komandanın baş məşqçisi qələbəmizə kölgə salmışdı. Biz oyundan sonra matçın videoyazısına da baxdıq. Oyunda paytaxt klubunun bircə qol vəziyyətini yaratdığını görə bilmədik. Amma bizim kifayət qədər qol vəziyyətlərimiz vardı. Odur ki, belə söhbətlər "Xəzər Lənkəran"ının yüksəlişinə kölgə sala bilməz".