“Bu oyunda “Qarabağ” azarkeşləri bizim fanatları və futbolçuları 90 dəqiqə boyunca söydülər. Mən buna inana bilmirəm. Bizim azarkeşlər hər avrokubok oyununda “Qarabağ”ın yanında olurdu, onlara dəstək verirdi. Sözün düzü mən buna çox üzüldüm”.
Bu sözləri İdmanxeber.com saytına açıqlamasında “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.
“Ağ-yaşıllar”ın rəsmisi daha sonra Toşakın mümkün istefası ilə bağlı bunları deyib:
“Baş məşqçi nəticəyə görə məsuliyyət daşıyır. Rəhbərlik baş məşqçidən nəticə tələb edir. Ancaq indiki halda mən nə isə deyə bilmərəm”.