24 Oktyabr 2024
Kateqoriyasız

Hüseynovun 300-cü oyunu

Misli Premyer Liqasının XIII turu Bədavi Hüseynov üçün əlamətdar olub. Təcrübəli müdafiəçi “Qarabağ”ın heyətində 300-cü oyununu keçirib.

İdmanxeber.az-ın məlumatına görə, bu yubiley “Kəpəz”lə ev matçına təsadüf edib. 31 yaşlı futbolçu komandasının 3:1 hesablı qələbə qazandığı qarşılaşmada meydana sonradan daxil olub.

Debütü 2012/13 mövsümünə təsadüf edən Bədavi bütün turnirlər nəzərə alınmaqla çıxdığı 300 görüşdə 4 qola imza atıb. O, “Qarabağ”ın tarixində 300 və daha çox oyun keçirən 10-cu futbolçudur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43