Futbol üzrə Azərbaycan çempionatının I divizionunda XVII turun 3 oyunu keçirilib. Günün ən böyük hesablı nəticəsi Neftçalada qeydə alınıb. Cənublular “Energetik”lə görüşdə 8 cavabsız qol vurublar.
XVII tur
15 fevral
“Neftçala” – “Energetik” – 8:0
Elvin Adışirinli, 8; Pərvin Paşayev, 20; Aqşin Həşimov, 30; 84; Ravi Rəhmanov, 62; 69; Məhəmməd Alıyev, 77; Murad Ağakişiyev, 90+2
“Mil-Muğan” – “Ağsu” – 0:2
Elnur Səmədov, 42; Qalib Əmrahov, 68
“Araz Naxçıvan” – “Şahdağ” – 3:1
Aleksandr Krutskeviç, 39; Bəxtiyar Soltanov, 60; Elgün Abbaslı, 88 – Sərxan Ağayev, 73
Qeyd edək ki, tura bazar günü keçiriləcək iki oyunla yekun vurulacaq.