Futbol üzrə Azərbaycan I Divizionunda 10-cu tura start verilib. Mingəçevirə səfər edən “Turan-T” klubu yerli “Energetik”lə oyunda böyük hesablı qələbə qazanıb – 5:0. Tovuz təmsilçisinin heyətində Rəşad Piriyev (d.21), Asəf Qədiri (d.32), Azər Məmmədov (d.42), Emin Mirzəliyev (d.69) və Çingiz Aşırov (d.89) fərqləniblər. Turun digər oyunları şənbə və bazar günləri keçiriləcək.