22 Oktyabr 2024
l Divizion

I Divizion klubu Türkiyəyə yollanır

I Divizionda mübarizə aparan “Şəmkir” klubunun qış hazırlıq planı məlum olub.

İdmanxeber.com-un məlumatına görə, qərb bölgəsi təmsilçisi təlim-məşq toplanışı üçün ölkə xaricinə yollanacaq. Qəhrəman Əliyevin yetirmələri Türkiyənin Antalya şəhərində hazırlıq prosesi keçəcək. Toplanış yanvar ayının 5-dən 24-dək davam edəcək.

Təlim-məşq toplanışı çərçivəsində “Şəmkir” yoxlama oyunlarında da qüvvəsini sınayacaq. Lakin hələ sınaqçı rəqiblər məlum deyil.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43