l Divizion

I Divizionun XII turuna start verilib

Azərbaycan birinci divizionunda 12-ci tura start verilib. 

Liderlər qrupunda qərarlaşan “Neftçi-2” “Keşlə”yə məğlub olub. “Qarabağ-2″  “Qaradağ Lökbatan”a uduzub.  “Sabah” isə “Ağsu”nun qapısından 4 cavabsız top keçirib.

29 noyabr

“Qaradağ Lökbatan” – “Qarabağ-2” – 1:0
Qol:
Bəhruz Teymurov, 31

“Keşlə-2” – “Neftçi-2” – 3:1
Qollar:
Elmir Rəhimzadə, 21; Emin Quliyev, 63; Elmir Rəhimzadə, 72 – Hüseyn Hüseynzadə, 76

“Sabah-2” – “Ağsu” – 4:0
Qollar:
Tural Qürbətov, 30; Tural Nəsirov, 42, 51; Tolqar Yaqubov, 47

Qeyd edək ki, turnir cədvəlinə 28 xalla MOİK başçılıq edir. “Sumqayıt-2” 24 xalla 2-ci, “Neftçi-2” isə 23 xalla 3-cüdür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43