Azərbaycan I Liqasında ilk tura yekun vuruldu.
İdmanxeber.az-ın məlumatına görə, açılış turunu stadionlardan 4475 azarkeş izləyib. Ən çox tərəfdar Yevlaxda qeydə alınıb. “Karvan”ın “Mingəçevir”i məğlub etdiyi matçı tribunalardan 2500 tamaşaçı izləyib.
Azarkeş marağının çox olduğu daha bir qarşılaşma isə Saatlıda baş tutub. Ev sahibi “Araz Saatlı”nın “İmişli”yə uduzduğu (0:3) görüşdə 1100 tərəfdar qeydə alınıb.
Azərbaycan I Liqa, I tur
“Karvan” – “Mingəçevir” (4:1 – 2500)
“Difai Ağsu” – MOİK (0:3 – 430)
“Zaqatala” – “İrəvan” ( 0:2 – 350)
“Araz Saatlı” – “İmişli” (0:3 – 1100)
“Qaradağ Lökbatan” – “Şamaxı” (1:1 – 95)