27 Dekabr 2024
Ölkə futbolu

I Liqa klubuna texniki məğlubiyyət verildi

AFFA I Liqa klubu “Difai”yə texniki məğlubiyyət verib.

İdmanxeber.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

“Difai”nin cəzalanmasına XI turun MOİK-lə matçının 90+3-cü dəqiqəsində adı protokolda olmayan futbolçunun meydana buraxılması səbəb olub. Bununla yanaşı, komanda 400 manat cərimələnib.

Texniki məğlubiyyətlə yanaşı, “Difai”nin iki futbolçusu da cəzalandırılıb. 73-cü dəqiqədə Seymur Əliyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq diskvalifikasiya olunub. Bəşir Ayralov isə 63-cü dqiqədə ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. “Difai” həmçinin bu futbolçulara görə ümumilikdə 200 manat cərimələnib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43