“Milan”ın sabiq hücumçusu Zlatan İbrahimoviç klubda nə işlə məşğul olduğunu açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, isveçli keçmiş oyunçu “Mənim vəzifəm hamını bir araya gətirmək, lider olmaq və strukturun işlədiyinə əmin olmaqdır. Hər kəsi ayaq üstə saxlayın” – deyə, bildirib.
42 yaşlı İbrahimoviç 2023-cü ilin yayında karyerasını başa vurduğunu açıqlayıb. Onun son klubu “Milan” olub. 62 qolla forvard İsveç millisi tarixinin bombardiridir. Hazırda o, “Milan” klubu sahiblərinin məsləhətçisidir.