Ölkə futbolu

İbrahim Şehiç: “Allah eləsin ki, qrup mərhələsinə “Tvente” yox, biz adlayaq”

“İnter”lə matç çətin oldu. Bu matçda qələbə qazanaq istəyirdik, ancaq hava şəariti buna imkan vermədi. İsti olmasaydı, biz istədiyimiz oyunu göstərə biləcəkdik. Hansı şəraitdə oynadığımızı nəzərə alsaq, qazanılan bir xalı da normal nəticə sayıram. Həm də “İnter” çox yaxşı rəqibdi”.

Bu sözləri idmanxeber.com saytına açıqlamasında “Qarabağ”ın qapıçısı İbrahim Şehiç deyib.

Ağdam klubunun təcrübəli qolkiperi “Tvente” ilə qarşıdan gələn matça da toxunub:

“Rəqibin kimliyini nəzərə alsaq, ikiqat çətin olacaq. “Tvente” sıradan bir komanda dyeil. Amma biz əlimizdən gələni edəcəyik ki, istədiyimiz nəticəni qazanaq. Allah eləsin ki, qrup mərhələsinə “Tvente” yox, biz adlayaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43