31 Yanvar 2023
  • Ana səhifə
  • Müsahibə
  • İbrahim Şehiç: “Premya”mızdan imtina edərik, təki “Dnepr”i udaq” – MÜSAHİBƏ
Müsahibə

İbrahim Şehiç: “Premya”mızdan imtina edərik, təki “Dnepr”i udaq” – MÜSAHİBƏ

“Qarabağ”ın qapıçısı İbrahim Şehiçin idmanxeber.com saytına müsahibəsi

– “İnter”lə oyunda hər iki tərəfin qol imkanları elə də çox olmadı. Bu oyunla bağlı nə deyərdin?

Bir xal da pis deyil. Heç-heçə də yaxşıdı. “İnter” müdafiədə yaxşı oynadı və əks-hücumlarda çox təhlükəli idi. Buna görə də bir xal qazanmağımızı yaxşı nəticə sayıram. Onlar bizi çox yaxşı analiz etmişdilər.

– İkinci hissə daha yaxşı oynadınız, ancaq qələbə topunu vura bimədiniz…

Bir xal da xaldı. Əsas odu ki, uduzmadıq və liderliyimizi qoruduq. Hələ izim ehtiyatda bir oyunumuz var. Qorxulu heç nə baş verməyib. Çempionat qabağdadı.

– Rəqibi məğlub etməyinizə nə mane oldu?

İmkanlarımız oldu. Sadəcə bunlardan yararlana bilmədik. Eyni sözü rəqib komanda haqda da demək olar.

– Bosniya mətbuatına müsahibənizdə demisiz ki, “Qarabağ” Avroliqada pula görə yox, ada görə oynayır…

“Dnepr”lə oyunda üç xal qazanmağın bizim üçün vacib olduğunu demişəm. Kiyevdəki oyunda heç kim mükafat barədə düşünmürdük. Bakıdakı oyuna da yalnız yaxşı nəticə qazanmaq üçün ciddi hazırlaşırıq. Lazım gələrsə öz “premya”mızdan imtina edərik, təki “Dnepr”i udaq.

– Cavab matçı ilə bağlı nə deyərdin?

– “Dnepr” yaxşı komandadı. Xüsusilə səfər oyunlarında təhlükəlidilər. Bu matça ciddi hazırlaşmaq lazımdı. Amma mənə elə gəlir ki, biz yenə yaxşı nəticə qazana bilərik.

– Əksər komanda yoldaşlarınızdan fərqli, siz istirahətsiz oynayırsız. Yorğunluq yoxdu?

Xeyr, yorğunluq hiss etmirəm. Yəqin ki, məni ona görə əvəzləmirlər. “Qarabağ”a kömək etmək üçün var gücümlə çalışıram.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Rəşad Sadıqov: “Niyə hər dəfə bizə qarşı olur?” (MÜSAHİBƏ)

admin

Georgi Tsetsadze: “Bunu sabahkı oyunda görəcəksiniz”

admin

Ruslan Abışov: “Modellə evlənmək istəsəm də, ailəm buna imkan verməz”

admin