Dünya futbolu

İbrahimoviç ABŞ klubunda

İspaniya “Fox Deportes” telekanalı “Mançester Yunayted”in futbolçusu Zlatan İbrahimoviçin yeni mövsümdən “La Qalaksi”də çıxış edəcəyini iddia edib.

İdmanxeber.com-un məlumatına görə, telekanalın “İnstagram” səhifəsi isveçli hücumçunun əynində ABŞ klubunun formasının olduğu şəklini paylaşıb.

ESPN isə hələ tərəflər arasında razılaşmanın tam əldə edilmədiyini yazıb.

Qeyd edək ki, Z.İbrahimoviç mövsüm başa çatdıqdan sonra gələcək bütün təklifləri dəyərləndirəcəyi açıqlamışdı. Onun “MY” ilə müqaviləsi bu mövsümü sonu bitir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43