Dünya futbolu

İbrahimoviç “Atletiko”ya keçə bilər

Zlatan İbrahimoviç karyerasını “Atletiko”da davam etdirə bilər.

İdmanxeber.com-un məlumatına görə, Madrid klubu  azad agent olan isveçli hücumçunu yanvarda transfer edə bilər. Z.İbrahimoviç həmin müddətə qədər zədəsini tam sağaldarsa, bu transferin böyük ehtimalla gerçəkləşəcəyi vurğulanıb.

Qeyd edək ki, FİFA-nın “Atletiko”ya verdiyi transfer qadağası yanvarda başa çatacaq.

Z.İbrahimoviç ötən mövsüm “Mançester Yunayted”də çıxış edib. O, “qırmızı şeytanlar”ın heyətində çıxdığı 46 oyuna 28 qol vurmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43