İsveç millisinin və PSJ-nin hücumçusu Zlatan İbrahimoviç futboldan gedəcəyi tarixi açıqlayıb.
İdmanxeber.com-un məlumatına görə, təcrübəli forvard mətbuat konfransında bildirib ki, PSJ ilə müqaviləmi bitirdikdən sonra futbolla vidalaşacam. İbrahimoviçin PSJ ilə müqaviləsi 2016-cı ilin yayına qədərdir. Bu tarixdə istədiyi formada olmayacağını vurğulayan forvard bu səbəbdən gedəcəyini bildirib.