Dünya futbolu

İbrahimoviç Ronaldonu geridə qoydu

PSJ-nin hücumçusu Zlatan İbrahimoviç Çempionlar Liqasının bombardirlər sırasında birinci pilləyə yüksəlib. 

İdmanxeber.com-un məlumatına görə, isveçli forvard dünən 1/8 final mərhələsi çərçivəsində “Bayer”ə qarşı keçirilən görüşdə rəqib qapısına iki dəfə yol taparaq qolların sayını 10-a yüksəldib. Nəticədə İbrahimoviç qrup mərhələsində 9 dəfə fərqlənən “Real”ın futbolçusu Kriştiano Ronaldonu geridə qoyub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43