23 Oktyabr 2024
Kateqoriyasız

İbrahimoviç yenə danışdı – “Ondan narazılığım olsa, xəstəxanalıq olar”

İsveç yığmasının futbolçusu Zlatan İbrahimoviç maraqlı açıqlamaları ilə gündəmə gəlib.

İdmanxeber.com-un məlumatına görə, ulduz futbolçu İtaliya oyunu (0:1) şərh edib.

Ulduz futbolçu italiyalı müdafiəçi Corco Kyellini ilə bir neçə dəfə mübahisə edib. Oyundan sonra jurnalistlərin suallarını cavablandıran Zlatan:

"Kyellinidən narazılığım olsa, xəstəxanalıq olar. Ondan inciməmişəm. Bu oyun onu göstərdi ki, İtaliya kimi komandalarla sona kimi oynamaq lazımdı. Biz bütün oyun boyu matça köklənməliyik"


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43