Bosniya və Hersoqovinada yaşayan 8 yaşlı xərçəng xəstəsi Haydurin Kamenjasin son arzusu PSJ-nin ulduz futbolçusu Zlatan İbrahimoviçi görmək olub. Ancaq İbra uşağın bu istəyini gərgin iş qrafikinə görə yerinə yetirə bilməyib.
Həkimlərin 1 ay vaxt qoyduğu uşağa İbranın video çarxı hazırlanıb.
Ulduz futbolçu fanatına videoda bunları deyib: “Salam Haydurin. Mən Zlatan İbrahimoviç. Daima məni düşündüyünü eşitdim, mən də səni düşünürəm. Yanına gələ bimədiyim və sənə hədiyyə gətirə bilmədiyim üçün çox təəsüflənirəm. İmzalı şəklimi və formamı sənə göndəririəm. “Benfika” maçtına səni düşünərək çıxdım və sənin üçün 2 qol atdım”.